AMB Belarus Azərbaycan Gəncləri Təşkilatının sədri Orxan Muxtarlı və ASAIF in koordinatoru Minsk İdarəçilik Universitetinin kitabxanasına Azərbaycanla bağlı 50-dən çox kitab hədiyyə edir. ASAİF-dən SİA-ya verilən məlumata görə, kitablar daha çox "İrəvan xalçası", "Qarabağ xalçası", "Təbriz xalçası", "Azərbaycan xalçaları", "Ermənistanın Qafqaza köçürülməsi", "Erməni terroru" kimi mövzuları əhatə edirdi. Kitabxananın rəhbərliyi bildirib ki, bu kitablar kitabxanamız üçün çox dəyərlidir. Kitablar tələbələrə yanaşı tarixçilər, şərqşünaslar üçün xüsusi ilə Azərbaycanla maraqlanan tələbələr bu kitablardan dəyərlənməklə öz biliklərini artıracaqlar. Həmçinin Azərbaycanla, Azərbaycan mədəniyyəti və incəsənəti, Dağlıq Qarabağ münaqişəsi, erməni terroru ilə bağlı obyektiv və ətraflı məlumat almaq istəyən hər bir kəs üçün maraq kəsb edəcəyinə inandığını dilə gətirib. AMB və ASAIF üzvləri Qarabağ həqiqətlərinin qardaş Belarusiyada işıqlandırmasının bundan sonra vacib olduğunu qeyd ediblər. Kitablarla birlikdə Azərbaycan həqiqətlərini əks etdirən buklet və broşurlarda hədiyyə edilib.
Yaradılan şəraitə görə, Belarusiyadakı səfir İsfəndiyar Vahabzadəyə minnətdarlığını bildirən Orxan Muxtarlı, daha sonra Belarusiya Dövlət Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsinin rəisi Reznikov Vadim Yevgeniyeviçlə görüşüb. Görüş əsnasında ali təhsil ocağında azərbaycanlı tələbələrin sayının çoxluğunu nəzərə alaraq, azərbaycanlı tələbələrə müəyyən güzəştlərin olunmasının təklifi müzakirəyə qaldırılıb. Sonda Orxan Muxtarlı layihənin həyata keçməsində EEASA, ASAIF və Azərbaycan Gənclər Fondununa təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB