Bakı-Şamaxı-Muğanlı avtomobil yolu genişləndirilir

Bakı-Şamaxı-Muğanlı avtomobil yolu genişləndirilir

Zəngin təbii-coğrafi üstünlüklərə və turizmin inkişafı üçün müstəsna əhəmiyyətə malik regionda iqtisadiyyatın, ümumilikdə nəqliyyat sisteminin daha effektli işləməsinə imkan verən magistrallardan biri də Bakı-Şamaxı-Yevlax (M-4) avtomobil yoludur. "Azəryolservis"dən SİA-ya verilən məlumata görə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun tikintisi çərçivəsində Bakı-Şamaxı-Muğanlı yolunun 15-45 kilometr hissəsinin əlavə 2 hərəkət zolağı tikilməklə, 1-ci texniki dərəcəli, dörd zolağa çatdırılması hazırda davam etdirilir. 30 kilometrlik hissədə 4 avtobus dayanacağı, 1 yerüstü, 1 yeraltı piyada keçidi, 34 dairəvi, 8 düzbucaqlı boru tikiləcək. Hazırda yol boyu torpaq işləri görülür. Tikinti işlərinin 2013-cü ildə yekunlaşması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə