“Azərbaycanın inkişafı ürəyimmizcədir”

“Azərbaycanın inkişafı ürəyimmizcədir”

"Biz Azərbaycana Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında xarici ticarət əlaqələrinin qurulması". Bunu bu gün Bakıda Azərbaycan-Koreya işgüzar görüşündən sonra SBC şirkətini baş menegeri Seung-Jun Han jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, tədbirdə Koreya Respublikasının 8 şirkətindən 9 nəfər iştirak edib. Azərbaycanda məhsul istehsal edən ölkələrlə əlaqə yaradılıb və Koreya şirkətləri bu əlaqə nəticəsində öz məhsullarını Azərbaycana gətirib burada sata biləcəklər: "Bu şirkətlər tikinti materialları və taxta qapı istehsal edən şirkətlərdir. Həmin məhsullar ölkəyə gətirildikdə azərbaycanlılar tərəfindən qəbul olunacaq. O şirkətlərlə əlaqə yaradılıb və onlar tezliklə Bakıya gələcək, bu barədə qarşılıqlı söhbət aparılacaqlar".

Həmçinin bunu da qeyd edib ki, Koreya Respublikası Azərbaycanın bəzi tikinti və qida məhsulları istehsal edən şirkətlərinə maraq göstərir və onlarla müqavilə bağlamaq niyyətindədir. Seung-Jun Han Azərbaycana gecə saatlarında gəldiyi üçün şəhəri tam ətraflı görə bilmədiyini də qeyd edib: "Azərbaycana gəlməmişdən əvvəl internetdə Bakı haqqında araşdırma aparıb onun inkişafı ilə maraqlanmışıq. Təbii ki, bu inkişafın neftdən əldə olunana gəlir hesabına olduğunu bilirik. Azərbaycanın inkişafı tam ürəyimizcədir. Gecə Bakının ümumi görünüşü bizim çox xoşumuza gəldi. Bu gün keçirilən görüşlər yekunlaşdıqdan sonra sabah Xəzər dənizini seyr etəmək istəyirik. Sentyabrın 19-da isə ölkəmizə qayıtmağı planlaşdırırıq. Daha sonra Türkiyəyə getməyi nəzərdə tutmuşuq".

Bütün xəbərlər Facebook səhifəmizdə