Azərbaycan Dil Qurumu İctimai Birliyi Prezident yanında QHT Şurasının dəstəyi ilə bu gündən etibarən mətbuatın monitorinqinə başlayır. Qurumdan SİA-ya verilən məlumata görə, monitorinq 17 sentyabr 2012-ci il tarixinə qədər davam edəcək. Dilçi alimlərin və mütəxəssislərin iştirakı ilə keçirilən monitorinqə aparıcı media qurumları və xəbər saytları cəlb edilib. Monitorinqin nəticələrinə əsasən Azərbaycan dil normalarını əməl etmə baxımından media qurumlarının reytinqi açıqlanacaq.
Qeyd edək ki, nəticələr sentyabrın 20-dən sonra elan olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB