İcra Hakimiyyətinin növbəti uğurları

İcra Hakimiyyətinin növbəti uğurları

Bu gün Səbail rayon İcra Hakimiyyəti tərəfindən "Bakı 2011-2012-ci tədris ilinin yekunları və 2011-2013-cü tədris ilinə, hazırlığ" ın vəziyyətinə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Səbail rayonunda təhsilin səviyyəsi, orta məktəblərdə şagirdlərin normal təhsili üçün hər cür şəraitin yaradılması, məktəblərin maddi-texniki bazalarının vəziyyəti barədə müzakirələr aparılıb. Rayonda 5 ali, 8 orta və 18 məktəbəqədər təhsil müəssisəsinin yeni dərs ilinə hazırlığı və yay mövsümü ərzində məktəblərdə aparılan təmir işlərinə Rayon İcra Hakimiyyəti tərəfindən ayrılan diqqət və təmir-bərpa işləri müzakirə olunub.

Tədbirdə çıxış edən, Səbail Rayon İcra hakimiyyətinin (RİH) Başçısı Asif Əsgərov, ölkədə təhsil məsələləri ilə bağlı görülən işlərdən, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyeva tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışıb.

Asif Əsgərov bildirib ki, rayonda təhsilin səviyyəsi və təhsil müəssisələrinin vəziyyətinə RİH tərəfindən ciddi fikir verilir. Yay aylarında təhsil müəssisələlərində əsaslı və cari təlimlər aparılıb, məktəblər lazımi avadanlıqlar və vəsaitlərlə təmin olunub: "2012-ci il ərzində rayonda "2012-2013 - cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" nın icrasının davamı olaraq, 49 saylı orta məktəb üçün yeni 660 şagird yerlik əlavə korpusun, 7 saylı oprta məktəb üçün yeni idman, akt zalları və 8 sinif otaqları olan yeni korpusun tikintisi 49, 50 və 203 saylı orta məktəblərin korpuslarının, "Könül" körpələr evinin əsaslı təmiri başa çatıb. 3 saylı Uşaq musiqi Məktəbinin sökülərək yenidən təmiri aparılır. Hazırda isə dövlət proqramınna əsasən əlavə tədbirlər planına Səbail rayonunda təhsil sahəsi üzrə əlavə bənd salınıb ki, bir il ərzində 7 və 163 saylı məktəblərin, 157 saylı və Turac baxçalarının binalarının, 190 saylı məktəbin akt və idman zalının əsaslı təmiri, 70 saylı uşaq baxçasının isə əsaslı təmiri və əlavə musiqi zalı və 3 otağının tikintisi nəzərdə tutulub. Əlavə tədbirlər planın həyata keçirilməsi üçün artıq işlərə başlanılıb".

İcra Başçısı tədbirdə görülən işlərlə yanaşı keçən tədris ilində təhsil müəsisələrinin qazandığı uğurlardan da danışıb: "2011-2012 tədris ilində rayon orta məktəblərindən 915 nəfər tələbə adına layiq görülüb. Qəbul imtahanlarında abuturiyentlərdən 173 nəfəri 500-dən, 41 nəfər 600-dən, 8 nəfər isə 650-dən çox bal yığıb. 87 məzun xarici ölkələrin ali təhsil müəssisələrinə daxil olub. 2011-2012-ci təhsil ilinin yekunlarına görə 11 məzun qızıl medala layiq görülüb".

Qeyd edək ki, tədbirdə məzunlar, rayonun pedaqoji işçiləri və valideyinlər də çıxış edərək, təhsilə göstərdikləri qayğıya və diqqətə görə Azərbaycan Respublikasının prezidentinə və onun xanımına dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda "Ən yaxşı ümumitəhsil məktəbi" respublika müsabiqəsinin qalibi olan məktəbə, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibləri olan müəllimlərə, həmçinin qəbul imtahanlarında yüksək nəticələr göstərən məzunlara Rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunub. Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid və aztəminatlı ailələrdən olan 100 uşağa məktəbli forması hədiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə