Lider qadınlar Bakıda...

Bu gün Vaşinqton Ştatının Senatı Liza Braun Azərbaycanda BMDF-tərəfindən maliyyələşdirilən "Qadınların Liderlik Konfransı"nı keçirib. SİA-nın məlumatına görə konfransda çıxış edən senator Braun bildirib ki, Azərbaycanda ABŞ səfirliyi və Birləşmiş Ştatlar fondu (BMDF) tərəfindən maliyyələşdirilmiş dörd günlük səfərdə olacaq. Bu səfər müddətində Gəncə, Yevlax və Qazaxda təlimlər də olacaq. O, ölkənin hər tərəfindən olan tələbələr və gənc liderlərlə qadınların vətəndaş cəmiyyətində iştirakından danışacaq, ABŞ və Azərbaycanda qadın liderlərin vacib xüsusiyyətlərini müzakirə edəcək.

Qeyd edək ki, xanım Braunun Azərbaycana gəlişi, BMDF tərəfindən maliyyələşdirilir və 2 illik müddət boyunca "Azərbaycanda vətəndaş iştirakının artırılması üçün Qadın Mərkəzinin yaradılması" layihəsinin bir hissəsidir.

Məlumat üçün bildirək ki, layihənin məqsədi qadınların təlimlər, seminarlar, konfranslar və xüsusi akademiyalar vasitəsi ilə liderlik bacarıqlarını inkişaf etdirmək və ictimai sektorda qərar qəbul edici vəzifələrdə yer tutmalarına imkan yaratmaqdır.

Layihə çərçivəsində aşağıdakılar həyata keçiriləcək:
-"Gender Akademiyası" adlı təlim kursları
- 2 dəfə qadınların illik liderlik konfransı
- Xarici ölkədə liderliklə baglı mübadilə proqramı

Layihənin hədəf qrupunu Azərbaycanın bütün regionları və xüsusəndə qərb bölgəsindəki qadınlar təşkil edəcəklər ki, bu bölgədə də Azərbaycanda vətəndaş iştirakının artırılması üçün Qadın Mərkəzi yaradılacaq. Həyata keçirilən tədbirlərdə 90 qadın və 30 kişinin "Gender Akademiya"sında iştirakı nəzərdə tutulur.

Layihə qadınlara və icma liderlərinə imkan yaradacaq ki, onlar bir lider olaraq yetişsinlər və öz icmalarında birgə aktiv fəaliyyət göstərə bilsinlər. Layihə boyunca nəzərdə tutulan tədbirlərdə qadınlara "Gender məsələləri, bərabərlik və insan haqqları", "İcma inkişafı və Liderlik bacarıqları","Siyasi namizədlik ", "İctimai Özəl sektorla əməkdaşlıq " və "İctimaiyyətlə Əlaqələr- Media" mövzularında müxtəlif təlimlər təşkil olunacaq.

Qeyd edək ki, konfransda Milli Məclisin deputatı Qənirə Paşayeva, Milli Məclisin deputatı Ceyhun Osmanlı, Hüquq müdafiəçisi Novella Cəfəroğlu və digərləri də çıxış edərək, bu formalı bir layihənin Azərbaycanda reallaşmasının qadınların həyat fəaliyyətində, bilik və bacarıqlarının inkişafında çox təqdirəlayiq hall kimi dəyərləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə