Bu gün Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılğı ilə Pakistanın Azərbaycandakı səfiri İnayat Ulla Kakarın jurnalistlərlə görüşü
keçirilib. SİA-nın məlumatına görə, tədbir zamanı səfir jurnalistlərin suallarını cavablandırıb. O çıxışında bildirib ki, Pakistan Dağlıq Qarabağ məsələsində Azərbaycana böyük dəstək verib: "Hətta Pakistan parlament səviyyəsində Xocalı soyqrımını da tanıyıb. Azərbaycanla Pakistan arasında yüksək siyasi əlaqələr mövcuddur. İqtisadi əlaqələrin yüksək olmasına baxmayaraq, iqtisadi və mədəni sahələrdə
iki ölkə arasında əlaqələr o qədər də yüksək inkişaf etməyib".
"İqtisadi və mədəni əlaqələri siyasi əlaqələr səviyyəsinə çatdırmaq üçün hər iki tərəf böyük əmək sərf etməlidir. Bu əlaqələrin zəif olmasında əsas problemlər coğrafi uzaqlıq, dil məsələsi və hər iki ölkənin iş adamlarının ticarət imkanlarından xəbərsiz olmasıdır. Digər səbəb də iki ölkə arasında birbaşa gediş-gəlişin olmamasıdır. Hər iki ölkə bu əlaqələrin inkişaf etdirilməsinə çalışır",- deyə səfir əlavə edib.
Pakistan ilə Azərbaycan arasında hərbi əməkdaşlıq məsələsinə toxunan səfir qeyd edib ki, ölkələr arasında yüksək hərbi əməkdaşlıq mövcuddur: "Yüzlərlə azərbaycanlı zabit Pakistanda təlim keçib. Pakistan özünün istehsal hərbi avadanlıqlarını Azərbaycana təklif edib".
Səfir onu da vurğulayıb ki, Heydər Əliyev Fondunun Pakistanda tədqirəlayiq rolu var, bir çox xeyriyyə tədbirləri Azərbaycanın nə qədər xoşməramlı ölkə olduğunu göstərir: "Heydər Əliyev Fondunun Pakistandakı bütün layihələri yüksək qiymətləndirilir".
Azərbaycanla Pakistan arasında biznes forumunun keçiriləcəyini deyən səfir: "Bu hər iki ölkənin iş adamlarının bir-birilərinin imkanları ilə tanış olmasına şərait yaradacaq. Həmçinin Azərbaycan ilə Pakistan mədəni əlaqələr sahəsində razılaşmalar imzalamağı planlaşdırır. Pakistanın tekstil, qida məhsulları sahəsində, eləcə də kənd təsərrüfatı avadanlıqları, tibbi avadanlıqlar sahəsində geniş potensialı var və bunları Azərbaycana ixrac edə bilər. Bu məhsullar Azərbaycana birbaşa deyil, üçüncü ölkə vasitəsi ilə gəlir. Bu məhsullar birbaşa Azərbaycana gətirilsə daha ucuz başa gələr. Pakistan da neft-qaz sahəsində Azərbaycanın təcrübəsindən istifadə edə bilər",-deyə sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB