Qanunvericiliyinin tələblərini pozan 83 əcnəbi aşkar edilib

Qanunvericiliyinin tələblərini pozan 83 əcnəbi aşkar edilib

Dövlət Miqrasiya Xidməti tərəfindən Bakı şəhərində, həmçinin Ağdaş və Şəmkir rayonlarında qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirilib.

DMX-dən verilən məlumata görə, tədbirlər nəticəsində AR qanunvericiliyinin tələblərinə zidd olaraq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən, eyni zamanda ölkədə olma və yaşama qaydalarını pozan 83 əcnəbi aşkar edilib.

Həmin şəxslər barəsində AR inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə