“Xəzər kuboku”

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiya Assosiyasiyaları (AFFA), Azərbaycan Çimərlik Futbol Federasiyası (AÇFF), "İRƏLİ" İdman Mərkəzi və "NIKE" şirkətinin birgə təşkilatçılığı ilə Azərbaycanda qadınlararası çimərlik futbolu üzrə ilk "Xəzər kuboku" turnirinə start verilib. İctimai Birlikdən SİA-ya yerilən məlumata görə, turnirin keçirilməsində əsas məqsəd xanımlar arasında idmanın inkişafı, sağlam həyat tərzinin təbliği və FİFA U-17 Qadınlararası Dünya Çempionatı ərəfəsində qadın futboluna dəstək nümayiş etdirməkdir.

Turnir gənclər təşkilatları, özəl qurumları təmsil edən 8 komandanın iştirakı ilə keçiriləcək və qaliblər kubok və hədiyyələrlə təltif olunacaqlar.

Turnirdə iştirak etmək istəyən komandaların nümayəndələri 5 Sentyabr 2012-ci il tarixinə qədər www.ireli.az saytının elanlar bölməsində yerləşdirilən elektron ərizə formasını doldura bilərlər.

Qeyd edək ki, layihə 11 Sentyabr 2012-ci il tarixindən etibarən start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə