Sabahdan Bakı Metropoliteninin beş stansiyası bağlanır. Bakı Metropolitenindən SİA-ya verilən məlumata görə, tikinti işləri ilə əlaqədar olaraq, Bakı Metropoliteninin "20 Yanvar"-"Dərnəgül" sahəsi avqustun 9-u saat 22:00-dan avqustun 13-ü saat 06:00-a qədər bağlanacaq. Həmin müddət ərzində "20 Yanvar"-"Dərnəgül" və əks istiqamətdə, qatarların hərəkəti dayandırılacaq və sərnişinlər qeyd olunan sahələrdə yerləşən stansiyaların ("20 Yanvar", "Memar Əcəmi", "Nəsimi", "Azadlıq prospekti" və "Dərnəgül") xidmətindən istifadə edə bilməyəcəklər. Sərnişinlərdən qeyd olunan müddətlərdə digər ictimai nəqliyyat vasitələrindən istifadə etmək xahiş olunur.
Bakı Metropoliteninin rəhbərliyi müvəqqəti narahatlığa görə, sərnişinlərdən üzr istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB