“Azercell”də Qaburiç dövrü başlayır – FOTO

“Azercell”də Qaburiç dövrü başlayır – FOTO

Kiril Qaburiç Azərbaycanın mobil rabitə operatoru Azercell-ə yeni prezident təyin edilib.

SİA-nın trend-ə istinadən verdiyi məlumata görə, o bu vəzifədə 2008-ci ildən şirkətə rəhbərlik edən Əli Ağanı əvəz edib.

"Azercell Telecom" MMC 1996-ci ilin yanvarında yaradılıb və 1996-cı il dekabrın 15-dən etibarən Azərbaycanın ilk GSM operatoru qismində öz kommersiya fəaliyyətinə başlayıb.

Hazırda "Azercell" əhalinin 99,8 faizini əhatə etməklə 4 milyondan artıq abonentə, 80 faiz əhatə zonasına (işğal olunmuş 20 faiz ərazi istisna olmaqla) və mobil rabitə bazarında 55 faiz paya malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə