Müharibədən zərər çəkmiş insanların sosial problemləri müzakirə edilib
"Vətəndaş Maarifləndirilməsi" İctimai Birliyi Sumqayıt şəhəri 17 ci mikrarayon ərazisində yerləşən Qubadlı rayonu Saray kənd orta məktəbində Azərbaycan Respublikası prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyələşdirilən " Müharibədən zərər çəkmiş insanların sosial problemlərinin həllinə dair təşəbbüslərin dəstəklənməsi " layihəsi çərçivəsində geniş tədbir keçirib. SİA-nın xəbərinə görə, tədbirdə Sumqayit şəhəri və ətraf qəsəbələrdə məskunlaşan müharibə əlilləri, şəhid ailələri, əsir və itkin düşmüş şəxslərin ailələri, qaçqın və məcburi köçkünlər və qonaq qismində Sumqayıt şəhəri İcra Hakimiyyətinin , Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul şəxsləri iştirak edib.
Tədbiri açıq elan edən Vətəndaş Maarifləndirilməsi ictimai birliyinin sədri Emin Xanlarov Layihənin əsas məqsədinin əhalinin sosial baxımdan həssas təbəqəsi hesab olunan müharibədən zərər çəkmiş insanların sosial problemlərinin həllində dövlətə yardım göstərmək olduğunu vurğulaıb. O, vətəndaş cəmiyyətinin bu problemin həllində üzərinə düşən vəzifələrdən danışıb və bu işin hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirib. Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Asəf Əliyev, nazirliyin əməkdaşı İlham Məmmədov, Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Elman Quliyev bu kateqoriyaya aid insanların problemlərinin həlli məsələsinin cəmiyyətin ən akyual məsələsi olduğunu əsas gətiriblər və Vətəndaş Maarifləndirilməsi İctimai Birliyinin bu istaqamətindəki fəaliyyətini yüksək qiymətləndiriblər. Tədbirdə söz alan qaçqın və məcburi köçkünlər, müharibə əlilləri və şəhid ailəsi nümayəndələri dövlətin onlara göstərdiyi qayğıdan danışdılar və qanunvericilikdə nəzərdə tutulan güzəşt və imtiyazlrla bağlı Əmək və Əhalinin Müdafiəsi nazirliyinin nümayəndələrınə konkret suallarla müraciət ediblər. Nazirlik nümayəndələri bu sosial qrupu narahat edən sualları ətraflı cavablandırıblar.
Tədbirdə Vətəndaş Maarifləndirilməsi ictimai birliyinin müharibə əlilləri, şəhid ailələri, əsir və itkin düşmüş şəxslərin ailələri, qaçqın və məcburi köçkünlər arasında Sumqayıt şəhəri və ətraf qəsəbələrdə keçirdiyi sosialojı tədqiqat və bu kateqoriyaya aid olan şəxslərin qanunvericilikdə nəzərdə tutulan hüquq, imtiyaz, güzəştlərini özündə göstərən və sosial müavinətlər və prezident təqaüdlərini məbləğini göstərən 2 yeni bukletin də təqdimatı keçirilib.
Tədbirin sonunda ictimai birliyin sədri E. Xanlarov təşkilatın gələcəkdə bu aktual mövzuya yenə də müraciət olunacağını tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB