Bu gün səhər saatlarında Qazax rayon Dövlət Notariat Kantorunda böyük izdiham yaşanıb. Belə ki, rayon sakinləri səhər saatlarından başlayaraq əmanətlərin qaytarılması üçün lazım olan sənədləri alınmaq arzusu ilə notasriusun qarşısına toplaşıblar. İş vaxtı saat 9-dan 18:00-a qədər olmağına baxmayaraq, notariusun rəisi Bahadur İslamov işə saat 10:30-da gəlib.
Bölgə müxbirimiz Ceyhun Eyyubovun sakinlərdən aldığı məlumata görə, bu hal mütamadi olaraq baş verir. Sakinlər SİA-ya onu da bildiriblər ki, burada sözün əsl mənasında "qol gücü" nümayiş etdirilir. Belə ki, növbəyə əhəmiyyət verməyən bəzi insanlar digərlərini itələyərək içəriyə daxil olur ki, bu da haqlı narazılığa səbəb olur. Sakinlərin dediyinə görə, burada qohumbazlıq prinsipi də əsas rol oynayır.
Bütün bunları bölgə müxbirimiz də hazırda yerində müşahidə edir. İnanırıq ki, digər qurumlar kimi, Qazax rayon Dövlət Notariat Kantoru da öz işində baş vermiş nöqsanları aradan qaldırmağa çalışacaq və sakinləri narazı salan amillər aradan qalxacaq.
Ceyhun Eyyubov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB