Bu gün QHT Əməkdaşlıq Alyansının bir illik fəaliyyəti ilə bağlı jurnalistlər və ictimaiyyət üçün konfrans keçirilib. SİA-nın xəbərinə görə konfransın əsəs məqsədi Alyansın yarandığı gündən bəri gördüyü işlər barədə məlumat vermək idi.
Tədbiri giriş sözləri ilə açan Alyansın Şura üzvü, İcra Katibliyinin rəhbəri Rəfail Becanov bildirib ki, Alyans QHT-lərin müxtəlif və ölkəyüklü məsələlərdə, vətəndaş cəmiyyətinin inkişafı üçün ciddi addımlar atıb: "Bizim ən böyük amalımız isə istər ölkə üçün, istərsə də vətəndaş cəmiyyəti üçün önəmli saydığımız məsələlərdə QHT-lərin əməklaşlığına və onların eyni mövqedən çıxış etməsinə nail olmaqdır".
Daha sonra çıxış edən Alyansın Şura üzvü Rufiz Qonaqov Alyansın bir il ərzində gördüyü işlərdən danışaraq qeyd edib ki, Alyans ilk olaraq iyul ayında QHT-lərin beynəlxalq donorlarla münasibəti ilə bağlı tədbirdə təsis edilib: "Cəmiyyətin bütün işlərində aktiv olan Alyans Xocalı faciəsi ilə bağlı internet aksiyası təşkil edib və bu prosesə dünyanın müxtəlif ölkələrindən olan 100 mindən artıq insan cəlb olunub. Bununla bağlı QHT-lərə Dövlət Dəstəyi Şurası tədbir düzənləyərək qondarma erməni soyqırımını tanımaq cəhdi ilə Fransa Milli Assambleyasına da müraciət edib".
Tədbir Alyansın 1 il ərzində gördüyü digər işlərin müzakirəsi əsasında davam edib.
Sonda isə QHT Əməkdaşlıq Alyansı Şurasının üzvləri jurnalistlərin suallarını cavablandırıb.
Xanım Nağıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB