Azərbaycan prezidenti İtaliyanın nazir müavinlərini qəbul edib

Azərbaycan prezidenti İtaliyanın nazir müavinlərini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev İtaliya Respublikasının xarici işlər nazirinin müavini xanım Marta Dassun və iqtisadi inkişaf nazirinin müavini Klaudio De Vinsentinin başçılıq etdikləri nümayəndə heyətini qəbul edib.

SİA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin qarşılıqlı hörmət və maraq çərçivəsində inkişafından məmnunluq ifadə olunub, münasibətlərin daha da genişləndirilməsi üçün qarşıda duran vəzifələrin müzakirəsi baxımından səfərin önəmi qeyd edilib, Azərbaycan-İtaliya və Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə