"İRƏLİ" İctimai Birliyi "XXI əsrin liderləri" yay düşərgəsində iştirak üçün ərizə qəbulu elan
edir. SİA-nın xəbərinə görə, Rusiyanın Rostov şəhərində keçiriləcək düşərgə 5-11 avqust tarixlərini əhatə edəcək. Düşərgənin əsas məqsədi müxtəlif ölkələrin gənc liderlərini bir arada toplayıb, müxtəlif mövzularda fikir mübadiləsi aparmaq, birgə əməkdaşlıq üçün layihələr üzrə ideyaların formalaşdırılmasıdır. Layihə boyu gənclərə müxtəlif mövzularda seminar, təlim və praktiki çalışmalar keçiriləcək.
Rusiya Gənclər İttifaqı tərəfindən təşkil edilən layihənin tərəfdaşı olaraq "İRƏLİ" İctimai
Birliyinin üzvlərindən ibarət 20 nəfərlik nümayəndə heyətinin tədbirdə iştirakı nəzərdə tutulub. Düşərgədə iştirak etmək istəyən gənclər "İRƏLİ" İctimai Birliyinin rəsmi saytında "Elanlar"
bölməsində yerləşdirilən online ərizə formasını 10.07.2012-ci il tarixinə qədər doldurmaqla
müraciət edə bilərlər.
Qeyd edək ki, nümayəndə heyəti tərkibində səfərdə iştirak edəcək şəxslərin
tədbir boyunca qalmaq və yemək (nəqliyyat xərcləri xaric) xərcləri təşkilatçılar tərəfindən
qarşılanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB