Pakistan mətbuatı Azərbaycan xeyirxahlığından yazır

Pakistanın "Pakistan Observer" qəzetində "Azərbaycan Pakistanda humanitar fəaliyyətini genişləndirir" adlı məqalə dərc edilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, məqalədə Azərbaycanın səhiyyə, təhsil və digər sahələrdə Pakistanda icra etdiyi humanitar layihələr qeyd olunub və Heydər Əliyev Fondunun gördüyü işlər yüksək qiymətləndirilib.


"Pakistan Observer" qəzeti UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva adından Həmzə Fondunun təsisçisi İcaz Əli Xana xüsusi qanköçürmə və kiçik laboratoriya ilə təchiz olunmuş "Suzuki" markalı təcili tibbi yardım avtomobili, 2000 ədəd qan köçürmə paketi, eləcə də Xayber Göz Fonduna, ahıllar və uşaq evlərinə maddi yardım edilməsini xüsusi vurğulayıb.


Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq mümkündür: http://pakobserver.net/detailnews.asp?id=160989

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...