Gənclər Fondu Nalçikdə görüşlər keçirib

Gənclər Fondu Nalçikdə görüşlər keçirib

16-20 iyun tarixlərində Rusiya Federasiyası İdman, Turizm və Gənclər Siyasəti üzrə Nazirliyin dəstəyi ilə Rusiya Federasiyası tərkibində Kabarda - Balkar Respublikasının Nalçik şəhərində "Tələbə baharı Qafqazda" adlı festival keçirilib. SİA-nın xəbərinə görə, festivalda Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi

altında nümayəndə heyətinin tərkibində Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov da iştirak edib.


"Qafqazda Tələbə baharı" festivalında Azərbaycan, Rusiya, Qırğızıstan, Qazaxısatan, Moldova, Belarus, Ukrayna, Ermənistan, Cənubi Osetiya, Tacikistan, Özbəkistandan olan tələbələr iştirak ediblər.


Festivalda iştirak edən Azərbaycan Gənclər Fondunun aparat rəhbəri F.Qürbətov MDB iştirakçı ölkələri Gənclərlə İş üzrə Şuranın toplantısında da iştirak edib. F.Qürbətov tədbir çərçivəsində bir sıra görüşlər keçirərək, Fondun fəaliyyəti haqqında geniş məlumat verib. Görüşlər zamanı gələcəkdə yaradılacaq birgə əməkdaşlıq barədə müzakirələr aparılıb. Görüşlər Rusiya Federasiyası İdman, Turizm və Gənclər Siyasəti üzrə nazirin müavini Oleq Rojnov, Kabarda – Balkar Respublikasının hökümət başçısı İvan Qerter, "Rusiya Gənclər Birliyi" Ümumrusiya ictimai təşkilatının sədri Pavel Krasnorutskiy, Rusiyanın Gənclər və uşaq birlikləri milli şurasının icraçı direktoru Beynəlxalq əməkdaşlığın inkişafına dəstək fondunun layihələr rəhbəri Məhəmməd Aliyev, Şərqi Avropa Fondunun proqram koordinatoru Aleksandru Coica ilə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə