Gənclər Təşkilatları Milli Şurası fiziki qüsurlu uşaqları gəzdirəcək

Gənclər Təşkilatları Milli Şurası fiziki qüsurlu uşaqları gəzdirəcək

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası fiziki qüsurlu uşaqların gəzintisini təşkil edəcək. ARGTMŞ-dan SİA-ya verilən məlumata görə, artıq uzun illərdir bu tədbiri həyata keçirən Milli Şura cəmiyyətin daha həssas qrupları olan fiziki qüsurlu uşaqların asudə vaxtının səmərəli təşkili istiqamətində öz işini davam etdirir. Gəzinti zamanı uşaqlar Dənizkənarı Milli Parkda bir gün ərzində istirahət edəcək, onlar üçün müxtəlif əyləncələr təşkil olunacaq.

Qeyd edək ki, mütəmadi olaraq təşkil edilən gəzintidə aztəminatlı ailələrin uşaqları, o cümlədən internat məktəblərində oxuyan fiziki qüsurlu uşaqlar iştirak edir.



Bütün xəbərlər Facebook səhifəmizdə