Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətərə səfər edib
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Qətər dövlətində rəsmi səfərdədir. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, səfərin həyata keçirilməsində əsas məqsəd Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə Qətər Dövlətinin Daxili İşlər Nazirliyi arasında fövqəladə halların idarə olunması sahəsində mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirməkdən ibarətdir. Səfər çərçivəsində Qətər Dövlətinin vəliəhdi və vitse-əmiri Şeyx Tamim bin Hamad Al-Tani və Daxili İşlər üzrə Dövlət naziri Şeyx Abdullah bin Naser bin Xəlifə Əl-Tani ilə görüş keçirilib. Görüşlərdə təbii və texnogen xarakterli fövqəladə hallara hazırlıq və fəlakətlərə daha effektiv cavab vermə üzrə hər iki ölkənin əldə etdiyi təcrübədən birgə yararlanmaq perspektivləri ətrafında qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Həmçinin, səfər çərçivəsində Qətər Dövlətinin Mülki Müdafiə və digər aidiyyəti qurumlarının fəaliyyəti ilə yaxından tanışlıq nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB