Jurnalistlər uşaq sağlamlığı ilə bağlı məlumatlandıırlacaq

Jurnalistlər uşaq sağlamlığı ilə bağlı məlumatlandıırlacaq

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar "Körpələrin bəslənməsində və sağlamlığının təmin olunmasında ana südünün əhəmiyyəti" mövzusunda jurnalistlər üçün brifinq keçiriləcək. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və ABŞ-ın Beynəlxalq İnkişaf Agentlyinin (USAİD) maliyyələşdirdiyi Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsi tərəfindən təşkil olunacaq.

Brifinqdə, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev, vaxtından əvvəl və yenidoğulanların patologiyası bölməsinin rəhbəri Mahirə Əfəndiyeva, ABŞBİA-nın maliyyələşdirdiyi Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsinin rəhbər müavini Kəmalə Rəhimova və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə Kommunikasiyası və İctimai Əlaqələr şöbəsinin müdiri Aynur Rəşidova mövzu ilə bağlı çıxış edəcəklər. Eyni zamanda mütəxəssislər tərəfindən jurnalistlərin sualları cavablandırılacaq.

Qeyd edək ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsi Abt Assoşiets təşkilatı tərəfindən həyata keçirilir. Abt Assoşiets təşkilatı 2007-ci ildən səhiyyə islahatları sahəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edir. Layihənin əsas fəaliyyəti vərəm, ana, neonatal və uşaq sağlamlığı, reproduktiv sağlamlıq, ailə planlaşdırılması və qeyri-yoluxucu xəstəliklər kimi səhiyyənin prioritet sahələrində aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə