"Jurnalistlər binasındakı mənzillər bölüşdürülüb". Bu sərlövhəli yazı bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasında müzakirəyə çıxarılıb.
MŞ-nin iclas barədəki press-relizinə istinadən bildirilir ki, materialın müzakirəsinə əsas Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Şuraya ünvanladığı şikayət məktubudur. Press-relizdə qeyd edildiyinə görə, "Yüksəliş naminə" qəzetində çıxan yazıda Fond rəhbərliyinin ünvanına kifayət qədər ciddi ittihamlar var.
MŞ-dən eyni zamanda bildirilib ki, ittihamların ciddi xarakter daşıdığı nəzərə alınaraq məsələ komissiyanın növbəti iclasında tərəflərin hər ikisinin iştirakı ilə yenidən müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, MŞ-nin Şikayətlər üzrə Komissiyasının bu gün keçirilən iclasında daha 3 nəşrlə bağlı müraciətlər nəzərdən keçirilib, müvafiq rəylər çıxarılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB