ƏƏSMN ilə Azərbaycana Birgə Yardım Təşkilatı arasında müqavilə imzalanıb

ƏƏSMN ilə Azərbaycana Birgə Yardım Təşkilatı arasında müqavilə imzalanıb

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) arasında imzalanan müqavilə ölkədə sosial xidmətlər üzrə Dövlət-QHT əməkdaşlığının rəsmiləşdirilməsində ilk addımdır. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Elnur Sultanov deyib. O bildirib ki, müqaviləyə əsasən UAFA tərəfindən Bakı, Gəncə və Sumqayıt şəhərlərində, Xaçmaz və Şəki rayonlarında ən azı 375 nəfər sağlamlıq imkanları məhdud (əqli geriliyi olan) uşağa və onların ailələrinə bir il ərzində icma əsaslı reabilitasiya xidmətləri göstərəcək.

Pilot layihə çərçivəsində əldə olunan müsbət təcrübə əsas götürülməklə, ölkənin digər regionlarında da icma əsaslı reabilitasiya xidmətlərinin tətbiqi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə