Şamaxıda sel 18 nəfəri köməksiz vəziyyətdə qoyub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən xəbərə görə, FHN-nın "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonu, Bağırlı kəndi yaxınlığında yağış və sel sularının intensivləşməsi nəticəsində avtomobillərin və sərnişinlərin köməksiz vəziyyətdə yolda qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunmuş yanğın- xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət, avadanlıq və avtomobillər vasitəsilə 22 nəfəri xilas edərək təhlükəsiz əraziyə təxliyyə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB