Elmin İnkişafı Fondu tərəfindən “Şuşa qrantı” müsabiqəsi elan olunub

Elmin İnkişafı Fondu tərəfindən “Şuşa qrantı” müsabiqəsi elan olunub

Bu gün Şuşa rayon İcra Hakimiyyətində "Şuşa qrantı" adlı müsabiqəyə start verilib. SİA-nın xəbərinə görə, bununla bağlı keçirilən tədbiri giriş nitqi ilə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, \"Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması\" İctimai Birliyinin sədri Bayram Səfərov açaraq deyib ki, 20 il әvvәl Ermәnistan silahlı qüvvәlәri tәrәfindәn işğal olunmuş Şuşa Azәrbaycanın әn qәdim yaşayış mәskәnlәrindәn biri, nadir memarlıq nümunәlәrinin toplandığı şәhәr-qala, Qarabağın tacı, mәdәniyyәt beşiyidir. Onun sözlərinə görə, qәhrәmanlar, sәrkәrdәlәr, әdiblәr, şairlәr, bәstәkarlar, xanәndәlәr vә alimlәr yetirmiş Şuşanın zәngin vә şanlı tarixi var. Qeyd olunub ki, məhz bununla əlaqədar olaraq Qarabağla, onun simvolu olan Şuşa ilә bağlı elmi tәdqiqatları stimullaşdırmaq vә beynәlxalq sәviyyәdә araşdırmaları tәmin etmәk mәqsәdilә Azәrbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən "Şuşa qrantı" adlı müsabiqə elan edilib.

Müsabiqə haqqında ətraflı məlumat verən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev bildirib ki, Elmin İnkişafı Fondu Azәrbaycançılıq ideologiyası prioritetinә uyğun olaraq bütövlükdә Qarabağın tarixinin, bu diyarın qәdim vә rәngarәng qeyri-maddi vә maddi mәdәni irsinin, memarlığının, arxeologiyasının, iqtisadiyyatının, fauna vә florasının, tәbii sәrvәtlәrinin, mәdәniyyәt tarixinin, etnoqrafiyasının, әdәbiyyatşünaslıq, dilçilik, sәnәtşünaslıq, incәsәnәt sahәlәrinin vә s. kompleks şәkildә elmi әsaslarla dәrindәn tәdqiq olunmasının dәstәklәnmәsi mәqsәdi ilә humanitar vә ictimai elmlәr sahәsindә fundamental-tәtbiqi xarakterli elmi-tәdqiqat, proqram vә layihәlәri üzrә 2012-ci il üçün 1-ci beynәlxalq xarakterli "Şuşa qrantı" mәqsәdli müsabiqәsini elan edir: "Şuşa qrantı"ının ümumi maliyyәlәşdirilmә hәcmi 150 000 manatdır. Müsabiqәdә iştirak etmәk üçün әrizәlәr, әrizәyә әlavә olunan müvafiq sәnәdlәr vә digәr müşayiәtedici materiallar 14 may 2012-ci il tarixindәn başlayaraq qәbul olunur. Elmin İnkişafı Fondu tәrәfindәn qrantların verilmәsi üzrә 2012-ci il üçün 1-ci nәticәlәri 2012-ci ilin sentyabr ayında açıqlanacaqdır. Müsabiqәdә fәrdi şәkildә alimlәr vә ya elmi yaradıcı kollektivlәr (alimlәrin vә mütәxәssislәrin iştirakı ilә müvәqqәti olaraq tәşkil olunmuş) iştirak edә bilәrlәr. Bütün hallarda müsabiqәyә tәqdim edilәn layihә hәmin layihә üzrә rәhbәrlә tәmsil olunmalıdır".


Qeyd olunub ki, müsabiqәyә tәqdim edilmiş bütün layihәlәrin ideyasının obyektiv formada orijinal ifadәsi müәlliflik hüququnun obyekti kimi Azәrbaycan Respublikasının Müәllif Hüquqları Agentliyindә qeydiyyatdan keçirilәcәk.


Tədbirdə digər çıxış edənlər də Şuşanın işğal olunmasının 20-ci ildönümündə Elmin İnkişaf Fondu tərəfindən atılan bu addımı uğurlu sayıblar və şuşalılar üçün göstərilən bu cür diqqət və qayğını misli görünməmiş amil kimi dəyərləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə