Sumqayıt bulvarı bu ilin sonuna kimi istifadəyə veriləcək

2012-ci ilin sonuna kimi Sumqayıt bulvarı istifadəyə veriləcək. SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib. Onun sözlərinə görə, Sumqayıt bulvarı və ya Nəsimi parkı 100 hektardan çox olan ərazidir: "Bakı bulvarından fərqli olaraq burada həm də çimərlik zonası yaradılır".

Eldar Əzizov Bakıdan birbaşa Sumqayıt bulvarına gələn yolun layihəsindən də söz açıb. O bu layihənin davam etdiyini bildirib. İcra hakiminin sözlərinə görə, parkın daha çox tanınması üçün bu yol çox vacibdir.


Aytəkin Şirinova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...