Bu il nazirliyin vəsaiti hesabına 500 nəfər Çernobıl əlilinə birdəfəlik maddi yardım göstərilib

Bu il nazirliyin vəsaiti hesabına 500 nəfər Çernobıl əlilinə birdəfəlik maddi yardım göstərilib

2012-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəsaiti hesabına 500 nəfər Çernobıl əlilinə birdəfəlik maddi yardım göstərilib. SİA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov deyib. O bildirib ki, bununla yanaşı, cari ildə 1441 nəfər Çernobıl əlilinin 2469 nəfər övladının hər birinə aylıq müavinət, 2770 nəfər Çernobıl əlilinə isə Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilib.

"Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş qaydalara uyğun olaraq, digər əlillərlə yanaşı, Çernobıl əlilləri də sanator-kurort putyovkaları (yollayışları) ilə təmin olunur və 2011-ci ildə sanator-kurort putyovkaları ilə təmin edilən Çernobıl əlilllərinin sayı 35 nəfər olub. Əlillərin istirahətinin təşkili zamanı imtiyazlı əlillərə, o cümlədən Çernobıl əlillərinə üstünlük verilərək 2011-ci ilin yay mövsümündə 50 nəfərin Nabran istirahət zonasına göndərilməsi təmin olunub. 2012-ci ildə isə Nabran, Lənkəran və İsmayıllı istirahət mərkəzlərinə 80 nəfər Çernobıl əlilinin göndərilməsi nəzərdə tutulub. Çernobıl əlillərinin tibbi reabilitasiyası sahəsində də məqsədyönlü işlər görülür. Bu məqsədlə Mingəçevir şəhərində radioloji tipli Reabilitasiya və Bərpa Mərkəzinin tikintisi nəzərdə tutulub ki, bu istiqamətdə işlər aparılır. Bundan əlavə, bu yaxınlarda bir qrup vətəndaş müalicə almaq üçün Bolqarıstana göndəriləcək. Bir sözlə, ölkənin imkanları artdıqca mövcud problemlərin həlli istiqamətində mühüm işlər görülür".

Bütün xəbərlər Facebook səhifəmizdə