\"İRƏLİ\" İctimai Birliyinin seçkili strukturlarına namizədliyini irəli sürmək istəyən şəxslərin ərizə qəbulu elan edilib. Daxil olan müraciətlər konfransın Təşkilat Komitəsi tərəfindən nəzərdən keçirilib və "İRƏLİ" İctimai Birliyi sədrliyinə Rauf Mərdiyev və Nərmin Məmmədova, Mərkəzi Nəzarət-Təftiş Komissiyası üzvlüyünə isə Leyla Yolçiyeva, Orxan Əmrahov, Kövsər Orucova, Xəqani Fərəcov və Dünya Fərzəliyevanın namizədliyi qeydə alınıb. "İRƏLİ" İctimai Birliyindən SİA-ya verilən xəbərə görə, seçkili strukturlara namizədliyi təsdiqlənmiş şəxslər 23 aprel tarixindən 3 may tarixinə qədər təbliğat-təşviqat kampaniyası apara biləcəklər. 23-26 aprel tarixlərində www.ireli.az/2012 səhifəsində II Hesabat-Seçki Konfransının Say Komissiyası və Katiblik üzvlüyü üçün müraciətlərin qəbulu elan ediləcək.
Bununla yanaşı Konfransda nümayəndə qismində iştirak etmək İRƏLİ üzvləri 28 aprel tarixinə qədər www.ireli.az/2012 səhifəsində qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, mayın 5-də "İRƏLİ" İctimai Birliyinin nizamnaməsinə əsasən təşkilatın II Hesabat-Seçki Konfransı keçiriləcək. Konfrans Heydər Əliyev Sarayında 1900 nəfər nümayəndə, dövlət rəsmiləri və fəxri qonaqların iştirakı ilə baş tutacaq. Tədbir əsnasında təşkilatın fəaliyyət hesabatı konfrans iştirakçılarına çatdırılacaq, eyni zamanda təşkilatın yeni loqotipi təqdim olunacaq, növbəti müddət üçün təşkilatın sədr və Nəzarət Təftiş Komissiyası üzvləri seçiləcək.
Xatırladaq ki, \"İRƏLİ\"nin istefa vermiş sədri, millət vəkili Ceyhun Osmanlı təkrar namizədliyini irəli sürməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB