Azərbaycanın Litvadakı səfiri Vilnüs şəhərinin meri Arturas Zuokasla görüşüb
Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Vilnüs şəhərinin meri Arturas Zuokas ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan və Litva arasında münasibətlər, əlaqələrin daha da inkişaf etdirmək üçün mövcud potensial, Bakı və Vilnüs şəhərləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.Vilnüs meri 20 il əvvəl jurnalist fəaliyyəti ilə bağlı Azərbaycanın bir çox rayonunda, xüsusilə də döyüş bölgələrində olduğunu yaxşı xatırladığını söyləyib.
Həsən Məmmədzadə Vilnüs meri Arturas Zuokasa onun istəyi ilə Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsinin zəruri olduğu, erməni işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxarılması və bölgədə sülhün bərqərar olması barədə danışılıb. Azərbaycanın yalnız təhsil və sosial sahəyə ayırdığı vəsaitin Ermənistanın bütün dövlət büdcəsindən çox olduğunu nəzərə çatdıran Həsən Məmmədzadə günü gündən inkişaf edən Azərbaycan qarşısında Ermənistanın getdikcə tənəzzülə uğradığını söyləyib. O, Vilnüs merinə onun rəhbərlik etdiyi siyasi qüvvənin Litva seymində Azərbaycanı dəstəkləyən mövqedən çıxış etdiyinə görə təşəkkür edib. Eyni zamanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Xocalıya həsr olunmuş filmin çəkilişi üçün Arturas Zuokasın şəxsi arxivindən verilən dəyərli video və foto materiallara görə minnətdarlıq ifadə edilib.
Həsən Məmmədzadə Vilnüs merinə Azərbaycanın son illər əldə etdiyi uğurlardan danışıb, ölkəmizdə və regionda həyata keçirilən beynəlxalq layihələrdən söz açıb. Sonra Azərbaycan və Litvanın öndə gələn gənclər təşkilatları arasında əlaqələrin yaradılması, qarşılıqlı səfərlərin həyata keçməsi, həmçinin birgə yay düşərgələrinin təşkili barədə fikir mübadiləsi aparılıb. Bununla bağlı yaxın zamanda ortaq layihə ilə çıxış etmək barədə razılığa gəlinib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB