AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 4 əməkdaşı - Elvin Hüseynli, Şəlalə Hümmətli, Səadət Nəsirova və Briliant Hacıyeva Türkiyənin Konya şəhərində elmi məzuniyyətdə olublar. SİA-nın xəbərinə görə, Türkiyənin Baş Nazirlik Türk Birliyi və İnkişaf İdarəsi (TİKA) tərəfindən təşkil olunmuş məzuniyyət müddətində Konya Bölgə Yazma Əsərlər Müdirliyində iki həftəlik dərs cədvəli əsasında "Dijitalleştirme ve Arşivleme" ile "Klassik və Dijital Kataloq Kullanımı" üzrə kurs keçən əməkdaşlarımız kursu müvəffəqiyyətlə bitirərək mütəxəssislik sertifikatı alıblar. Bundan başqa, Konyada ziyarət edilən Mövlana Cəlaləddin Ruminin "Məsnəvi"sinin yeni üçcildliyi də həmvətənlərimizə hədiyyə olunub.
Konya Bölgə Yazma Əsərlər müdirliyi ilə AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu arasında təməli hələ 2007-ci ildən qoyulan bu əməkdaşlıqda əsas məqsəd "bir millət-iki dövlət" olan Azərbaycanla Türkiyənin mövcud elmi, mədəni əlaqələrinin daha da gücləndirilməsi və mədəni irsin qorunmasıdır. Azərbaycanlı əməkdaşların elmi məzuniyyət müddətindəki fəaliyyəti, ixtisaslaşma kursunun məqsəd və nəticələri Türkiyə Kütləvi İnformasiya vasitələri tərəfindən işıqlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB