Millət vəkilinin elmi tədqiqat layihəsi ilin ən uğurlu layihəsi elan olunub
Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondu "Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən orta əsrlər və yeni dövr xəritələrinin axtarılması və surətlərinin ölkəmizə gətirilməsi" elmi tədqiqat layihəsini ilin ən uğurlu layihəsi elan edib. SİA-nın xəbərinə görə, layihənin rəhbəri - millət vəkili, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyevaya Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondu tərəfindən müvafiq sertifikat təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB