YAP gəncləri Lənkəran Tarix-Diyarşünaslıq muzeyində olublar - FOTOSESSIYA

YAP gəncləri Lənkəran Tarix-Diyarşünaslıq muzeyində olublar - FOTOSESSIYA
Yeni Azərbaycan Partiyası (YAP) gənclərinin Lənkəranda zona müşavirəsi davam edir. SİA-nın xəbərinə görə, gənclər bu dəfə "Sağlam gənclik, sağlam gələcək deməkdir" mövzusunda təşkil olunan diskussiyaya qatılıblar. Dəyirmi masanı giriş nitqi ilə millət vəkili Hadı Rəcəbli açaraq gənclərimizə hər zaman dövlətimizin, cəmiyyətimizin göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, cənab Prezident İlham Əliyevin Masallı rayonuna və Qərb bölgəsinə səfərləri zamanı xüsusi olaraq gənclərlə bağlı səsləndirdiyi fikirlər bunun bariz nümunəsidir. O qeyd edib ki, 2012-ci ilin "İdman ili" elan olunması da gənclərimizin sağlam mühitdə və şəraitdə böyüməsinə böyük stimul yaradır. H.Rəcəbli sözlərinə onu da əlavə edib ki, kasıblıqdan uzaq olmanın və liderliyə yüksəlməyin əsas 2 yolu vardır ki, bunlardan da biri təhsil digəri isə sağlamlıqdır.

Sonra tədbir gəncləri maraqlandıran suallarla davam edib. Daha sonra gənc fəallar "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf konsepsiyası ilə bağlı region gənclərinin fikir və təklifləri mövzusunda diskussiyada iştirak ediblər. YAP Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva tədbirdə ölkə başçısının "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə imzaladığı sərəncamı gənclərin bir daha diqqətinə çatdırıb. Sədr müavini bununla belə ötən ayın fevralında Bakıda təhsil naziri Misir Mərdanovun da iştirak etdiyi gənclərlə bağlı keçirilən tədbirlər haqqında ətraflı məlumat verib. O, növbəti tədbirin pensiya-sistemi ilə bağlı təşkil olunacağını deyib.


Qeyd edək ki, YAP gəncləri tədbirdən öncə Lənkəran Tarix-Diyarşünaslıq muzeyinə gedərək orada sərgilənən tarixi eksponatlarla yaxından tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə