Bahar Muradova Rusiya istehsalı olan avtomobillər haqqında danışdı
Milli Məclisin sədr müavini Bahar Muradova "Jiquli"ləri qatil maşın adlandırıb. SİA-nın xəbərinə görə, B.Muradova bildirib ki, bu maşınları aşağı sosial vəziyyəti olan, avtomobili idarəetmə, yol nişanları sahəsində kifayət qədər savadı olmayan insanlar sürür. Onun sözlərinə görə, həmin şəxslərin sürücülük vəsiqəsi alması prosesinin şəffaflığına da şübhə ilə yanaşıb.
"Azərbaycanda köhnə və aşağı standartlı Rusiya istehsalı olan avtomobillər çoxluq təşkil edir. Valideynlər aylıq 300 manat kreditlə alınan avtomobilləri öz azyaşlı uşaqlarına verir və həmin uşaqlar da avtomobili səriştəsiz idarə etməklə təhlükə yaradırlar. Rusiyada istehsal olunan avtomobillərin Azərbaycana idxalının məhdudlaşdırılması üçün addımlar atılmalıdır", - deyə vitse-spiker əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB