Avropalı gənclər Gəncəyə toplaşıb - FOTO

Avropalı gənclər Gəncəyə toplaşıb - FOTO

"Gəncədə gənclərin idarə olunması" və "Gənclər sahəsində gənclər bərabərliyi" mövzusunda seminar öz işinə başlayıb. SİA-nın bölgə müxbirinin məlumatına görə, seminarda Avropanın 23 ölkəsindən 50-ə yaxın nümayəndə iştirak edir. Tədbirə həmçinin, şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev və bir sıra ziyalılar da qatılıb. İcra apratının rəhbəri bildirib ki, Azərbaycanda o cümlədən Gəncədə gənclərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı geniş tədbirlər görülür. Bu istiqamətdə dövlət proqramı təsdiq olnub, müəyyən layihələr həyata keçirilməkdədir. Ümumilikdə ölkəmizdə geniş gənclər siyasəti yürüdülür.


Konfransa qatılan gənclər də təşkil olunan seminarın gənclərin çıxış edərək dünyada mövcud olan problemlərin həlli yönümündə vahid aspektdən çıxış etdiyi bildirilib. Bu baxımdan Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi yüksək qiymətləndirilir.


Təlimlər daha 6 gün davam edəcək. Bu günlər ərzində bir sıra məsələlərin və layihələrin müzakirəsi aparılacaq.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə