“Güney Azərbaycan: reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

“Güney Azərbaycan: reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

Bu gün Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) "Güney Azərbaycan: reallıqlar və perspektivlər" mövzusunda dəyirmi masa keçirib. SİA-nın xəbərinə görə, tədbirdə KXCP sədri Mirmahmud Mirəlioğlu, Dünya Azərbaycanlıları Konqresinin Mərkəzi Şurasının sədri Əjdər Tağızadə, AMİP sədri Yusif Bağırzadə, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Açıq Cəmiyyət Partiyasının sədri Vaqif Mahmudov, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev və digərləri iştirak edib.

Tədbirdə çıxış edən KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib ki, Azərbaycanın bütövlüyü və möhkəmlənməsi uğrunda mübarizə aparan təşkilatlar arasında əməkdaşlıq çox əhəmiyyətlidir. Onun sözlərinə görə, Güney Azərbaycan hərəkatının əsas strategiyası soydaşlarımızı irançılıq ideologiyasından azad edərək azərbaycançılıq məfkurəsində cəmləşdirmək olmalıdır.

Daha sonra məruzələrlə davam edib və qonaqlar mövzu haqqında fikirlərini bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə