“Vətəndaş cəmiyyəti: reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib
Bu gün Strateji Araşdırmalar Mərkəzində "Vətəndaş cəmiyyəti: reallıqlar və perspektivlər" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, dəyirmi masada vətəndaş cəmiyyətinin inkişaf məsələləri ətrafında azərbaycanlı ekspertlər və Bakıda səfrdə olan ABŞ senatorlarının və konqresmenlərinin köməkçilərindən ibarət nümayəndələr müzakirə aparıblar.
Müzakirələr zamanı vətəndaş cəmiyyətinin inkişafına təkan verən amillər, bu istiqamətdə Qeyri-Hökumət Təşkilatlatlarının qarşısında duran vəzifələr və bu qəbildən olan digər məsələlər müzakirə olunub.
ABŞ senatorlarının və konqresmenlərinin 10 nəfər köməkçilərindən ibarət nümayəndə heyətinin Bakıya səfərinin məqsədi Azərbaycandakı vətəndaş cəmiyyətinin mövcud vıziyyəti ilə tanış olmaqdan ibarətdir. Səfər çərçivəsində amerikalı ekspertlər ölkənin regionları ilə də tanış olublar, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə bağlı fikir mübadiləsi aparıblar, işğal olunmuş torpaqlardan qaçqın və köçkün düşmüş şəxslərlə görüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB