Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Qafqaz Universitetində görüş keçirib
Gənclərə dövlət qayğısının artırılması, onların sosial müdafiəsinin təmin edilməsi, gənclərin məşğulluq problemlərinin həll edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 1621 nömrəli 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı təsdiq edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan SİA-ya verilən məlumata görə, qurum bu il məzun olacaq tələbələrin dövlət qulluğuna cəlb edilməsi məqsədi ilə ali təhsil müəssisələrində silsilə görüşlər keçirir. Növbəti görüş isə Qafqaz Universitetində keçirilib.
Görüşdə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli və həmin şöbənin baş məsləhətçisi Nərmin Mirzəyeva iştirak edib.
Tədbiri giriş sözü ilə açan Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli Komissiyanın məqsəd və funksiyaları, fəaliyyət istiqamətləri, dövlət qulluğu sisteminin inkişafı ilə bağlı həyata keçirilən layihələr və gənclərin dövlət qulluğuna olan maraqları barədə məlumat verib.
Daha sonra Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin baş məsləhətçisi N.Mirzəyeva dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında keçirilməsi şərtlərini və indiyə kimi keçirilən müsabiqələrin statistik göstəricilərini, o cümlədən də Qafqaz Universiteti üzrə göstəriciləri özündə əks etdirən təqdimatla çıxış edib.
Görüşün sonunda Komissiyanın əməkdaşları tələbələri maraqlandıran suallara cavab verib.
Qeyd edək ki, bu cür görüşlər indiyə kimi Texniki Universitetin və Müəllimlər İnstitutunun tələbələri ilə keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB