Bakıda Azərbaycan-Ukrayna işgüzar görüşü keçiriləcək

Bakıda Azərbaycan-Ukrayna işgüzar görüşü keçiriləcək

Aprelin 4-də Ukraynanın baş naziri Nikolay Azarovun başçılığı ilə nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Ukrayna işgüzar görüşü keçiriləcək. AZPROMO-dan SİA-ya verilən məlumata görə, tədbirdə hər iki ölkədən kənd təsərrüfatı və qida sənayesi, energetika, maşınqayırma, rabitə və informasiya texnologiyaları, nəqliyyat, tikinti, neft emalı və digər sektorları təmsil edən iş adamları iştirak edəcəklər.


Bütün xəbərlər Facebook səhifəmizdə