Ölkəmiz müstəqillik əldə etdikdən sonra 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunmağa başlayıb. Sovet hakimiyyəti illərində bu tarixin xatırlanması belə yasaq olsa da ulu öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişindən sonra dünya daşnak-bolşevik birləşmələrinin başımıza gələn müsibətlərdən xəbər tutdu.
Dünyanın hər bir ölkəsində yaşayan azərbaycanlılar kimi Ukraynada da bu qanlı tarixin qeyd olunması üçün xüsusi hazırlıq işləri görülür. SİA-nın Ukrayna bürosunun yaydığı məlumata görə, Ukrayna Azərbaycanlıları Konqresi və Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılğı ilə soyqırımın anılması üçün müəyyən addımlar atılıb. Ukraynada yaşayan gənclərimiz bu işdə daha fəal olduqlarını əməli işlərilə göstərməyə çalışırlar. Kiyev Aqrar Universitetinin 4-cü kurs tələbəsi Seymur Bayram oğlu Əliyevin müxbirimizə verdiyi məlumata görə, həmyerlilərimizdən ibarət bir qrup tələbə 31 Mart Azərbaycanlıların soyqırımı gününün anılması üçün xüsusi hazırlaşıblar. Gənclər Universitetdə oxuyan digər dövlətlərdən olan tələbələri də anım gününə dəvət edərək Azərbaycan həqiqətlərini dünyaya olduğu kimi çatdırmaq istəyirlər. Bunun üçün artıq video-roliklərin, fotoşəkillərdən ibarət sərginin hazırlandığını deyən Seymur bu işdə daha fəallıq göstərdiyini bildirdi: "Mən Qərbi Azərbaycandan qovulmuş bir ailənin övladıyam. Əzəli ata-baba torpaqlarımızda xalqımıza qarşı törədilən soyqırımlarla bağlı babamdan çox şeylər öyrənmişəm. Odur ki, baş verən soyqırımından əziyyət çəkən bir gənc kimi mənim söylədiyim fikirlər digər millətdən olan tələbələrin diqqətini daha çox cəlb edir. Mən də çalışıram ki, fürsətdən maksimum yararlanaraq xalqımızın başına açılan müsibətləri dünyaya çatdırılması üçün öz bacarığımı nümayiş etdirim".
Artıq paytaxt Kiyevdə 31 Mart Azərbaycanlıları Soyqırımı günü ilə bağlı bir sıra tədbirlər həyata keçirilib.
Əlmaniz Ələkbərli, SİA-nın Ukrayna bürosu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB