Bu gün daxili işlər naziri Ramil Usubov Abşeron Rayon Polis Şöbəsində Sumqayıt şəhərinin, Abşeron və Qubadlı rayonlarının bir qrup sakinini qəbul edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə əsasən, nazir vətəndaşların müraciətlərini və şikayətlərini dinləyib, onların təxirə salınmadan, operativ şəkildə həll edilməsi üçün müvafiq Baş İdarə və xidmət rəhbərlərinə konkret tapşırıqlar verib.
Daxili işlər naziri tərəfindən qəbul edilən 20 vətəndaşın polisin fəaliyyətinə dair müraciətlərinin əksəriyyəti elə yerindəcə öz həllini tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB