YAP Yasamal rayon təşkilatında Novruz bayramı qeyd olunub - FOTO

YAP Yasamal rayon təşkilatında Novruz bayramı qeyd olunub - FOTO

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında Azərbaycanlıların Müqəddəs bayramı olan Novruz və YAP Yasamal Rayon Təşkilatının sədr müavini, Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədova Akademik Yusif Məmmədəliyev adına medalın təqdim olunması mərasimi keçirilib. Tədbiri giriş nitqi ilə açan YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov əvvəlcə qonaqlara akademik Y.Məmmədəliyev haqqında ətraflı məlumat verib.

Qeyd olunub ki, Məmmədəliyev Bakı neftlərinin benzin fraksiyasının katalitik aromatikləşdirilməsi, yuyucu maddələr və silisium-üzvi birləşmələr alınması, piroliz məhsullarından plastik kütlə istehsalı və Naftalan neftinin təsir mexanizminin öyrənilməsi sahələrində də mühüm işlər görüb. Bildirilib ki, yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında da onun böyük xidməti olmuşdur: "Y.H.Məmmədəliyev 200-dən artıq elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir. Onun yaratdığı Azərbaycan neft-kimya məktəbi respublikadan çox-çox uzaqlarda tanınır. Yusif Məmmədəliyev Lenin ordeni Qırmızı Əmək Bayrağı və Şərəf nişanı ordenləri həmçinin medallarla təltif edilmişdir".

Daha sonra Azərbaycan Dövlət Film Fondunun direktoru, rejissor Cəmil Quliyev və YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov tərəfindən Rayon Təşkilatının sədr müavini Tağı Əhmədova Akademik Yusif Məmmədəliyev adına medal tə qdim olundu. T.Əhmədov göstərilən bu cür diqqət və qayğıya görə, Yasamal rayon təşkilatının sədrinə dərin minnətdalığını bildirdi. O dedi ki, ümummilli lider Heydər Əliyev tərəfindən ona 50 yaşında ikən "Şöhrət" ordeninin təqdim olunduğunu və onun uğurlu davamçısı cənab prezident İlham Əliyev tərəfindən əməkdar mühəndis adına layiq görüldüyünü və s. qonaqların diqqətinə çatdırdı.


Bütün xəbərlər Facebook səhifəmizdə