"Zori Balayan 13 yaşlı uşağın dərisini “uf” demədən soydu" - VİDEO
Xocalı soqırımından 20 il keçməsinə baxmayaraq, xalqımız indi də bu dəhşətli müsibətin acılarını yaşayır. İnsanların, dinc əhalinin başına faşistlərə xas işgəncələrin gətirilməsi haqda hələ bundan sonra da çox danışılacaq. Amma qaniçən Zori Balayanın 13 yaşlı uşağın diri-diri dərisini soyması, bundan həzz alması, özünün bunları etiraf edib kitabına daxil etməsi erməni həyasızlığın ən bariz nümunəsidir.
Z.Balayan öz kitabında həyasızcasına yazır ki, təcrübə məqsədilə 13 yaşlı uşağın dərisini soyub neçə dəqiqə yaşayacağını müəyyənləşdirdirib. Uşaq 7 dəqiqədən sonra dünyasını dəyişdi. "Axşam eyni şeyi daha üç türk cocuğunun üzərində apardıq", - deyən Zori Balayan kitabında cəlladlığını da açıq etiaf edib.
Bu kadrlara baxmaq çətindir. Hər dəfə də baxanda çoxları hətta göz yaşlarını saxlaya bilmir. Ancaq bu cür uşaq qatillərinin əməllərinə bir daha şahid olmağımız üçün süjeti təkrar-təkrar izləməyə dəyər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB