Bu gün Bakıda \"Gülüstan" sarayında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) birgə əməkdaşlığı çərçivəsində "İslam Əməkdaşlıq Təşkilatı Ölkələrində Dəyişiklik və Transformasiya" mövzusunda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin beyin mərkəzlərinin üçüncü forumu işə başlayır.
SİA-nın xəbərinə görə, Forum iştiraçıları əvvəlcə Fəxri Xiyabana gələrək ümummilli lider, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Hörmətli qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıblar.
Daha sonra ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının uyuduğu Şəhidlər xiyabanını da ziyarət edilib.
Xatırladaq ki, forumda, dövlət və hökumət rəsmilərinin, islam ölkələrində ictimai rəy formalaşdırmaqda lider qəbul olunan beyin mərkəzlərinin sədr və ya direktorlarının, elm adamlarının, beynəlxalq təşkilatlar və diplomatik nümayəndəliklərin təmsilçilərinin, eləcə də yerli və beynəlxalq ekspertlər iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB