Kiyevin Oktyabr kinoteatrında “Fəryad” bədii filmi nümayiş etdirilib - FOTOSESSİYA
Ukraynada elan olunmuş "Xocalı ayı" çərçivəsində İslam Konfransı Gənclər Forumunun, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin və Ukrayna Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə Kiyev şəhərinin mərkəzi Oktyabr kinoteatrında Fəryad filmi nümayiş etdirilib. SİA-nın verdiyi məlumata görə, film başlanmazdan əvvəl Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədr müavini İlhamə Allahverdiyeva çıxış edərək ermənilərin 1988-ci ildən başlayaraq Azərbaycanın dağlıq Qarabağ və digər bölgələrində həyata keçirtdikləri işğalçılıq və soyqrım siyasətı haqqında ətraflı məlumat verib. Yağı düşmən tərəfindən 20 il bundan öncə Xocalı şəhərinin sakinləri qarışıq yerlə yeksan edildiyini diqqətə çatdırıb. Beynəlxalq təşkilatların bu qanlı faciəyə hələdə hüquqi siyasi qiymət verməməsini tarixi ədalətsizlik kimi səciyyələndirən natiq son illər Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalıya ədalət kompaniyası çərçivəsində dünyanın bir çox ölkələrində həyata keçirilən tədbirlərin tarixi əhəmiyyətindən danışıb.
Sonra Qarabağ həqiqətlərini özündə əks etdirən "Fəryad" bədii filmi ilk dəfə olaraq Ukrayna ictimaiyyətinə təqdim olunub. Real faktlara əsaslanan bədii filmdə dənizdən dənizə böyük ermənistan yaratmaq xülyası ilə yaşayan ermənilərin Qarbağda törətdikləri vəhşiliklər, qəddar düşmənin Xocalı şəhərində həyata keçirtdikləri kütləvi insan qətliamının özləri tərəfindən sevinc dolu anlarla qarşılanması tamaşaçı yaddaşında qəddar millət obrazının əyani təzahürünə çevrilib.
Əlmaniz ƏLƏKBƏRLİ, SİA-nın Ukrayna bürosu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB