Millət Vəkili: “Mənzil təsərrüfatı sektorunda yaranmış vəziyyətdən vətəndaşlar razı deyillər\"

Millət Vəkili: “Mənzil təsərrüfatı sektorunda yaranmış vəziyyətdən vətəndaşlar razı deyillər\"

"Mənzil təsərrüfatı sektorunda yaranmış vəziyyətdən vətəndaşlar razı deyillər\". Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Korrupsiyaya qarşı mübarizə komissiyasının üzvü Əli Hüseynli bildirib. SİA-nın verdiyi xəbərə görə, komissiya üzvü Azərbaycanda Mənzil Məcəlləsində şəffaflığın artırılması üzrə qanunvericiliyin düzgün tətbiqinə ehtiyac olduğu qənaətindədir: \"Məcəllə vətəndaşlara mənzil təsərrüfatı sektorunda xidmətin qurumları arasında münasibətləri tənzimləyir. Amma indiki halda qurumlar vətəndaşlarla münasibətləri qanunvericilik hüququna uyğun deyil. Hazırda özəl mülkiyyət sahiblərinin mənzil təsərrüfat xidmətinin təmasını da görürük və burada bələdiyyə mülkiyyəti mövcuddur. Hesab edirəm ki, bu xidmət sahəsində özəlləşmənin aparılması məqsədəuyğundur".

Qeyd edək ki, Azərbaycanda Mənzil Məcəlləsi haqqında mükəmməl qanunvericilik mövcuddur. 2009-cu ildə Milli Məclisə ölkə prezidenti tərəfiondən təqdim olunmuş yeni Mənzil Məcəlləsi qəbul olunub

Bütün xəbərlər Facebook səhifəmizdə