Samux rayonunda 2011-ci ilin yekunları və 2012-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib. SİA-nın bölgə müxbirinin məlumatına görə, hesabat məruzəsi ilə çıxış edən İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev son bir ildə əldə olunan nəticələrə nəzər salıb. Qeyd olunub ki, rayonun yerli büdcəsinin gəlirləri 2096 min manat proqnoza qarşı 22 min 461 manat, yəni 107,3 faiz yerinə yetirilib. Sahibkarlığın inkişaf etdirilməsi sahəsində də müəyyən işlər görülüb. Bunun nəticəsidir ki, ümumi məhsul buraxılışında qeyri dövlət sektorunun xüsusi çəkisi ildən-ilə artmaqdadır. 2011-ci ildə ümumi məhsul buraxılışının həcmində qeyri dövlət sektorunun payı 95,2 faiz təşkil edib. İl ərzində Sahibkarlığa Kömək Mili Fondunun xətti ilə rayondakı sahibkarlara 25 layihə üzrə 5,5 milyon manat güzəştli kredit verilib. Rayon iqtisadiyyatının əsasını aqrar sahə təşkil etdiyindən sahibkarlıq bu sahədə daha geniş inkişaf edib. Əvvəlki illərdə olduğu kimi 2011-ci ildə də əhalinin sosial müdafiəsi diqqət də saxlanılıb. İl ərzində 788 ailəyə ünvanlı sosial yardım təyin olunub.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB