Bazarlarında göyərtinin qiyməti od tutub yanır

Bazarlarında göyərtinin qiyməti od tutub yanır

Rayon bazarlarında göy-göyərtinin qiyməti xeyli bahalaşıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, qarlı, şaxtalı havadan məhsul sahədən yığılmadığından göyərtinin qiyməti gözlənilməz dərəcədə artıb.


Şaxtalı hava kəndlilərin işini çətinləşdirib. Göy-göyərti becərən kənd sakinləri məhsulu sahədən yığa bilmir. Məhsul az olduğundan rayon bazarlarında qiymətlər bahalaşıb.


Bərdənin təsərrüfat bazarından bir necə gün öncə 20 qəpiyə satılan göy indi 50-60 qəpiyə təklif edilir.

Satıcılar hesab edir ki, hava şəraiti bu cür davam etsə məhsulun qiyməti daha da bahalaşacaq. Çünki bazarlarda göy qıtlığı yaşanır.


Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə