Azərbaycan Türkiyə və Yunanıstana qaz nəqlini dayanadırıb

Azərbaycan Türkiyə və Yunanıstana qaz nəqlini dayanadırıb

Azərbaycan \"Şahdəniz\" platformasında yaranan texniki səbəblərdən \"Cənub dəhlizi\" üzrə Türkiyəyə qaz tədarükünü dayandırıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyə isə öz növbəsində Yunanıstana təbii qaz nəqlini tamamilə dayandırıb.

Qeyd edək ki, "Şahdəniz" layihəsinin operatoru olan "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib ki, dünən - fevralın 6-da saat 16:00-dan yataqdakı platformanın elektrik enerjisi ilə təchizatı sistemində əvvəlcədən planlaşdırılmış profilaktik işlər aparılır. Həmin işlər zamanı platformanın avtomatik dayandırılması sistemi işə düşüb və nəticədə platformadakı bütün əməliyyatlar dayandırılıb: "Planlaşdırırıq ki, bu işlər başa çatan kimi platformada hasilat bərpa olunacaq. Bu işlərin isə bu gün axşam başa çatması planlaşdırılır"

Bütün xəbərlər Facebook səhifəmizdə