Azərbaycan Təhsil Şəbəkəsinə qoşulan təhsil müəssisələrinin sayı 1200-ə çatdırılıb

Azərbaycan Təhsil Şəbəkəsinə qoşulan təhsil müəssisələrinin sayı 1200-ə çatdırılıb

Ötən il \"2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı\" çərçivəsində müxtəlif istiqamətlər üzrə fəaliyyət həyata keçirilib. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi istiqaməti üzrə ötən il respublikanın təhsil müəssisələrinə və Təhsil Nazirliyinin tabeliyində olan şəhər və rayon təhsil şöbələrinə 2 min ədəd stolüstü kompüter dəsti, 500 noutbuk, 500 proyektor və s. informasiya-kommunikasiya texnologiyaları avadanlığı verilib. Həmçinin respublika üzrə şəhər və rayon təhsil müəssisələri, o cümlədən məktəblər ADSL və simsiz genişzolaqlı İnternetə qoşulma üçün zəruri avadanlıqlarla təminolunub.

Ötən il texniki dəstək xidmətlərinin göstərilməsi istiqamətində də işlər davam etdirilib. 146 nömrəli \"qaynar xətt\" xidmətində il ərzində 3000-dən çox zəng qəbul edilib və müvafiq texniki dəstək xidmətləri göstərilib. Beləliklə, 2009-cu ildən indiyədək qəbul olunan zənglərin sayı 7000-ə çatıb. Dövlət Proqramı çərçivəsində təhsil müəssisələrində İKT avadanlığına texniki nəzarət və dəstək sisteminin təkmilləşdirilməsi prosesi də həyata keçirilib. Respublika üzrə şəhər və rayonlarda 32000 kompüterə texniki xidmət göstərilib. Azərbaycan Təhsil Şəbəkəsinə qoşulan təhsil müəssisələrinin sayı 2011-ci ilin sonuna qədər 1200-ə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə