Multimedia Mərkəzi dövlət qurumlarının rəsmi internet resurslarının monitorinqinə başlayıb
Multimedia Mərkəzi dövlət qurumlarının rəsmi internet resurslarının monitorinqinə başlayıb. SİA-nın xəbərinə görə, monitorinq prosesində yerli icra hakimiyyəti orqanlarının da rəsmi resurslarının açıqlıq və şəffaflıq vəziyyəti araşdırılacaq. Həmçinin bu ilki monitorinq prosesindəeyni anda dövlət qurumları tərəfindən elektron formada xidmət göstərilməsinə hazırlıq vəziyyəti, eyni zamanda hazırda elektron formada təqdim olunan xidmətlərin də keyfiyyəti və əldə olunma vəziyyəti də Monitorinq olunacaq.
Metodikada dövlət qurumlarının rəsmi internet resurslarında yerləşdirilən informasiyaların, xidmətlərin kəmiyyət və keyfiyyət cəhətdən analiz edilməsi və qiymətləndirilməsi nəzərdə tutulub. Bu yarım il müddətində davam edəcək. Monitorinq əsasında konkret hər bir dövlət qurumunun rəsmi saytı üzrə icmal və tövsiyələrin hazırlanması, informasiyaaçıqlığı üzrə Reytinq Cədvəlinin və Yekun Hesabatın hazırlanması nəzərdə tutulub. Elektron formada təqdim olunan xidmətlərlə bağlı ayrıca icmalın hazırlanması nəzərdə tutulub. Bu ilki Monitorinq prosesində və 60 rayon və şəhər icra hakimiyyətinin rəsmi internet resursunun informasiya açıqlığı vəziyyətinin araşdırılması, xidmətlərin elektron formada təqdim edilməsi ilə bağlı situasiyanın üzə çıxarılması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB